Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

S.Xankişiyeva17:00 - 25 / 05 / 2021
Ceyhun Bayramov Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 1news.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.

Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər barədə, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesindən danışıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.

Görüşün sonunda nazir iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Paylaş:
389

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər