Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə dəlalət edir | 1news.az | Xəbərlər
Siyasət

Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə dəlalət edir

S.Xankişiyeva11:21 - 25 / 05 / 2021
Çoxvektorlu xarici siyasət dost ölkələrlə münasibətlərin dərinləşməsinə dəlalət edir

Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən Müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.

Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.

Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Hersoqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir. Azərbaycan və Bosniya və Hersoqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır.

Bu gün Balkanlarda mövcud olan Bosniya və Hersoqovina ərazisində 2 milyondan çox müsəlman əhalinin sıx şəkildə yaşadığı yeganə Avropa ölkəsi olan Bosniya və Hersoqovina Federasiyasında Azərbaycan səfirliyinin yaradılması, ölkəmiz tərəfindən müsəlman aləminə, eyni zamanda Şərqi Avropada inkişafda olan ölkələrin xalqlarına, habelə Bosniya və Hersoqovina – Azərbaycan xalqları arasında möhkəm dost münasibətlərinə verilən dəyərin təcəssümü və böyük bir töhfədir.

Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr artan dinamika ilə uğurla inkişaf etməkdədir. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Eyni zamanda ağır pandemiya günlərində də Cənab Prezidentin təşəbbüsü ilə dost Bosniya və Hersoqovinaya Azərbaycan humanitar yardım göstərib.

Qarşılıqlı olaraq Bosniya və Hersoqovina siyasətçilərinin də Azərbaycanla bağlı ədalətli fikirləri hər zaman beynəlxalq arenada, Avropa institutlarında diqqətlə izlənilmişdir.

İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Bosniya və Hersoqovina ölkəmizi xüsusi dəstəkləmişdir. Belə ki, Bosniyanın Demokratik Hərəkət Partiyası, Parlament Assambleyasının Xalqlar Palatası Kollegiyası ölkəmizə dəstək ifadə edən bəyanatla çıxış etmişlər. Rəyasət Heyətinin sədri cənab Şefik Djaferoviç tərəfindən isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dəstək məktubu ünvanlanmış, Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri xanım Bisera Turkoviç Xarici İşlər naziri cənab Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.

Azərbaycan səfirliyinin Bosniya və Hersoqovinada açılması bir daha iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına təkan verəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı,

Azərbaycan-Bosniya və Hersoqovina

parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Paylaş:
551

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər