Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 70,34 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,43 dollar bahalaşaraq 67,75 dollar təşkil edib.
1news.az
387