Türkiyə Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcək

11:52 - 02 / 06 / 2021
Türkiyə Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcək

Türkiyə Ermənistanın törətdiyi terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hər cür hüquqi yardım göstərəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin deyib.

B. Şahin bildirib ki, Azərbaycanın prokurorluq orqanları tərəfindən terrorla bağlı lazımı dəlillər toplanacaq və beynəlxalq məhkəmələrə veriləcək: “Türkiyə bu məsələdə hüquqi yardım olaraq hər cür məsləhətlər verəcək, Azərbaycana hüquqi sahədə əlimizdən gələn köməkliyi göstərəcəyik”.

1news.az

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər