Bu ölkədə işdə koronavirusa yoluxana ömürlük müavinət verilir | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə işdə koronavirusa yoluxana ömürlük müavinət verilir

13:48 - 05 / 06 / 2021
Bu ölkədə işdə koronavirusa yoluxana ömürlük müavinət verilir

İsraildə koronavirus infeksiyasına yoluxma rəsmi şəkildə iş yerində baş vermiş bədbəxt hadisə kimi tanınıb. Ölkənin "Yerusəlim Post" qəzetində bununla bağlı yazı dərc olunub.

1news.az xəbər verir ki, novator.az saytının məlumatına görə, yazıda deyilir ki, ölkədə iş yerində koronavirusa yoluxmuş qadına dövlət institutu olan Milli Sığorta İnstitutu aylıq kompensasiya təyin olunması barədə qərar çıxarıb: "Koronavirus xəstəliyinin yaratdığı fəsadlardan əziyyət çəkən qadına daimi əllilik statusu veriləcək, ona ömürlük müavinət təyin ediləcək. Milli Sığorta İnstitutunun bu qərarı İsrail dövlətinin iş yerində koronavirusa yoluxmuş şəxsi istehsalatda baş vermiş bədbəxt hadisənin qurbanı kimi qəbul etməsi deməkdir.
Pandemiya başlanandan İsraildə 840 minə yaxın adam koronavirusa yoluxub. Onların arasında bu virusa iş yerində və ya işə geib-gələrkən - yolda, nəqliyyatda yoluxmuş yüzlərlə, bəlkə də minlərlə insan var.

Onsuz da yüngül xəstəlik sayılmayan bu infeksiyanın, üstəlik, gündəlik həyatımıza və iş qabiliyyətimizə əngəl yaradan əlavə təsirləri də mövcuddur.

İşdə infeksiyaya yoluxan və istehsalatda baş vermiş bədbəxt hadisənin qurbanı kimi qəbul edilən qadının hüquqi nümayəndəsi İmbar Qolan Partoş işə görə koronavirusa yoluxanların kompensasiya almağa haqqı çatdığını vurğulayır: "Əgər sən iş yerində və ya işə gedib-gələndə zərər çəkmisənsə, öz hüquqlarını bilməlisən".

Hüquqşünas İmbar Qolan Partoşun ofisi hazırda buna bənzər digər halları, yəni iş yerində koronavirusa yoluxmaları araşdırmaqla məşğuldur".

"Yerusəlim Post" yazır ki, koronavirus bir ildən çoxdur insanların həyatına daxil olub, ancaq bu virusun özü, insan orqanizmində yaratdığı uzunmüddətli fəsadlar haqda hələ də suallar qalır, bir qeyri-müəyyənlik hökm sürür: "Bununla belə biz artıq bilirik ki, xəstəlikdən sağalandan sonra bir çox halda gündəlik həyatımızda narahatlıqlar, travmalar yaşayırıq. Bu narahatlıqların gələcək həyatımıza da çox böyük təsiri var. Ekspertlər bildirirlər ki, hər üç koronavirus xəstəsindən biri hələ uzun müddət infeksiyanın təsirindən əziyyət çəkəcək.

Mütəxəssislər əsas fəsadlardan biri kimi əzələ toxumalarının zədələnməsini göstərirlər. Çünki əzələlərin zədələnməsi insanda ümumi zəiflik, adi fiziki hərəkətləri yerinə yetirməkdə çətinlik yarada, habelə ağ ciyəri xəstələndirə, tənəffüs probleminə, oynaq və sinə ağrılarına səbəb ola bilər.

Koronavirus infeksiyası ürək, qan-damar, immun və sinir sistemlərini, qaraciyəri, böyrəkləri və digər orqanları zədələdiyi üçün elm adamları bu xəstəliyi keçirmiş adamların səhhətində gələcəkdə problemlərin artacağını istisna etmirlər".

Məqalənin sonunda deyilir: "Beləliklə, İsrailin Milli Sığorta İnstitutu iş yerində koronavirusa yoluxma halını bədbəxt hadisə kimi tanıyıb. Amma COVİD-19 infeksiyasının uzunmüddətli təsirindən əziyyət çəkən hər kəs üçün əlillik dərəcəsinin müəyyənləşdirilməsi ayrı-ayrılıqda hər hadisənin tibbi komitəyə necə təqdim olunmasından asılıdır. Bu məsələdə təcrübəli vəkilin təmsilçiliyi hüquqların müdafiə olunmasına və reabilitasiya üçün maddi yardım alınmasına kömək edə bilər".

1news.az

Paylaş:
546

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər