Pakistanda qatar qəzası qurbanlarının sayı 50-yə yüksəlib | 1news.az | Xəbərlər
Dünya

Pakistanda qatar qəzası qurbanlarının sayı 50-yə yüksəlib

15:10 - 07 / 06 / 2021
Pakistanda qatar qəzası qurbanlarının sayı 50-yə yüksəlib

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə yerli ARY News telekanalı məlumat yayıb. Geo TV kanalının xəbərinə görə, qəzada daha 100 nəfərə yaxın insan yaralanıb. Polisdən bildiriblər ki, 25 nəfərədək sərnişinin toqquşan qatarların bloklanmış vaqonlarında qalması ehtimal edilir.

Qəza bu gün səhər saatlarında Sind əyalətində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Şahidlərin sözlərinə görə, hadisə anında sərnişinlərin əksəriyyəti yuxuda olub. Toqquşma nəticəsində 12 vaqon relsdən çıxıb, 4 vaqon dağılıb.

Baş nazir İmran Xan ölkənin dəmir yollarında təhlükəsizlik problemi ilə bağlı təhqiqat aparmaq barədə göstəriş verib

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər