Dünyanın ən dəyərli futbolçuları - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Dünyanın ən dəyərli futbolçuları - SİYAHI

17:21 - 08 / 06 / 2021
Dünyanın ən dəyərli futbolçuları - SİYAHI

Dünyanın ən dəyərli futbolçularının adları açıqlanıb.

1news.az apasport.az-a istinadən xəbər verir ki, CİES futbol observatoriyası transfer qiyməti ən baha olan 100 futbolçunu müəyyənləşdirib.

Siyahıya "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden başçılıq edir. İngiltərəli gənc oyunçunun qiyməti 190,2 milyon avroya bərabərdir. Maraqlıdır ki, cədvəldə ilk "üçlük"dəki digər oyunçular da ingilislərdir. "Mançester Yunayted"in hücumçuları Meson Qrinvud və Markus Reşford müvafiq olaraq 2-3-cü pillələrdə qərarlaşıblar.

Araşdırma 30 yaşa qədər olan futbolçularla bağlı aparıldığından, Lionel Messi, Kriştianu Ronaldo kimi superulduzlar siyahıda yer almayıb.

Ulduz futbolçulardan Cedon Sanço 11-ci, Kilian Mbappe 12-ci yerdə qərarlaşıbsa, Rahim Sterlinq, Kevin De Bruyne "30-luğ"a, Harri Keyn "40-lığ"a, Romelu Lukaku, Məhəmməd Salah, Lautaro Martines "50-liy"ə, Sadio Mane "70-liy"ə, Neymar isə "80-liy"ə düşə bilib.

Ən dəyərli 10 futbolçu:

1. Fil Foden ("Mançester Siti" / İngiltərə) - 190,2 milyon avro
2. Meson Qrinvud ("Mançester Yunayted" / İngiltərə) - 178 milyon
3. Markus Reşford ("Mançester Yunayted" / İngiltərə) - 159,1 milyon
4. Erlinq Haland ("Borussiya", Dortmund / Norveç) - 155,5 milyon
5. Bruno Fernandeş ("Mançester Yunayted" / Portuqaliya) - 154,3 milyon
6. Frenki de Yonq ("Barselona" / Niderland) - 138,7 milyon
7. Pedri Qonzales ("Barselona" / İspaniya) - 133,2 milyon
8. Alfonso Devis ("Bavariya" / Kanada) - 131,6 milyon
9. Joao Feliks ("Atletko" / Portuqaliya) - 127,8 milyon
10. Meson Mount ("Çelsi" / İngiltərə) - 123,6 milyon

1news.az

Paylaş:
590

Sizin üçün xəbərlər

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər