Kanadada müsəlman ailəyə hücum, 4 nəfər öldürüldü | 1news.az | Xəbərlər
Dünya

Kanadada müsəlman ailəyə hücum, 4 nəfər öldürüldü

13:26 - 08 / 06 / 2021
Kanadada müsəlman ailəyə hücum, 4 nəfər öldürüldü

Kanadada dünən axşam bir müsəlman ailədən dörd nəfər maşınla əzilərək öldürülüb.

1news.az xəbər verir ki, hadisə Ontario ştatının cənubunda baş verib.

Polis hadisənin planlaşdırılmış cinayət olduğunu, qurbanların müsəlman olduqları üçün hədəf alındıqlarını bildirib. Qeyd olunub ki, 20 yaşlı cinayətkar hadisə yerindən yeddi kilometr uzaqdakı ticarət mərkəzində tutulub.

O, dörd cinayət və bir cinayətə cəhddə günahlandırılır.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər