Sahibə Qafarova Pakistan səfərindən danışdı: “Jurnalistlərin minaya düşüb həlak olmasını diqqətə çatdırdım” | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Pakistan səfərindən danışdı: “Jurnalistlərin minaya düşüb həlak olmasını diqqətə çatdırdım”

11:52 - 08 / 06 / 2021
Sahibə Qafarova Pakistan səfərindən danışdı: “Jurnalistlərin minaya düşüb həlak olmasını diqqətə çatdırdım”

“Mənim rəhbərliyimlə mayın 31-dən iyunun 4-dək parlament nümayəndə heyəti Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak etmək üçün rəsmi səfərdə olub”.

1news.az məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib:

“Mən İqtisadi Əməkdaşlıq Təşkilatının konfransında çıxışımda qeyd etdim ki, Azərbaycan İƏT-lə əməkdaşlığa böyük önəm verir. Konfransda dünya birliyini təhdid edən qlobal problemlərin müəyyən edilməsində parlament diplomatiyasının rolundan danışdım. Azərbaycan 30 ilə yaxın işğal faktoru ilə qarşılaşsa da, dünyada iqtisadi tərəfdaşlardan birinə çevrilib. Azərbaycanın işğala son qoyulduqdan sonra bərpa-quruculuq işlərində dost ölkələrin şirkətlərinin iştirakı qeyd edildi. Konfransın gedişində Pakistan Prezidenti və Baş naziri hər biri ayrı-ayrılıqda bütün nümayəndə heyətləri ilə görüşlər keçirdi. Bu görüşlər zamanı hərbçilərin və mülki şəxslərin ermənilərin basdırdığı minalara düşməsi kimi faktlar görüşlərdə qarşı tərəflərin diqqətinə çatdırıldı”

Sədr qeyd edib ki, Azərbaycan-Pakistan münasibətlərində son 30 ildə Pakistanın Ermənistanı dövlət kimi tanımaması xüsusi yer tutub:

“Pakistan 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın haqq işinə öz dəstəyini göstərib. Həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın bundan sonra da suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini bildirdi”.

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid olan mülki şəxs və media nümayəndələrinin ölümündən danışan Sahibə Qafara deyib:

“Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən 2 jurnalist və bir icra nümayəndəsinin müavini minaya düşərək həlak olub. Mən Pakistanda səfərin son günündə bu barədə məlumatları diqqətə çatdırdım. “Bu hadisə bizi çox kədərləndirdi. Bununla bağlı Milli Məclis həlak olanların ailələrinə başsağlığı verib”.

Qafar Ağayev

Paylaş:
399

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər