Həftəlik yoluxma halları 15 faizədək azalıb - ÜST
Ötən həftə ərzində koronavirusa 3 milyondan artıq yoluxma halı, 73 mindən artıq isə ölüm halı qeydə alınıb.
1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə 8 faiz azalıb:
"Koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ötən həftə ərzində ümumilikdə 3 milyondan artıq yoluxma, 73 mindən artıq isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 15 və 8 faiz daha azdır".
Mayın 31-dən iyunun 6-dək koronavirusa 3 016 005 nəfər yoluxub, 73 807 nəfər isə koronavirusdan ölüb. İyunun 6-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 172 673 097, koronavirusdan ölüm hallarının sayı isə 3 718 944 nəfər təşkil edib.
1news.az