Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu | 1news.az | Xəbərlər
Dünya

Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu

14:12 - 18 / 06 / 2021
Moskvada kütləvi tədbirlərə məhdudiyyət qoyuldu

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyət qoyulub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.

O bildirib ki, bu gündən etibarən əyləncə tədbirlərinə mindən çox şəxsin toplanması qadağan ediləcək.

Bundan başqa, şəhər ərazisində uşaq meydançaları və parklar da bağlı qalacaq.

S.Sobyanın paytaxtda karantin tədbirlərinin iyunun 29-a kimi davam edəcəyini bildirib.

Qeyd edək ki, Rusiyada son sutkada 14 mindən çox yeni yoluxma qeydə alınıb. Moskva şəhərində ötən gün 6 mindən çox şəxs koronavirusa yoluxub.

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər