Rusiya Türkiyəyə aviauçuşları bərpa edir
Rusiya 22 iyundan etibarən Türkiyə ilə aviauçuşları bərpa edir.
1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin köməkçisi Tatyana Qolikova bildirib.
Belə bir qərar bu ölkəyə səfər edən rusiyalı yoxlama qrupunun rəyi əsasında verilib.
T.Qolikova, həmçinin qeyd edib ki, Türkiyədə xidmətlər sektorundakı personalın vaksin olunması da təşkil edilib. Otel işçiləri arasında peyvənd olunanların nisbəti 60-90% arasında dəyişir.
1news.az
528