“Çəpgözlüyü vaxtında aşkarlamaq üçün uşaqların göz müayinəsindən keçmələri vacibdir” - Aynurə Əliyeva | 1news.az | Xəbərlər
Cəmiyyət

“Çəpgözlüyü vaxtında aşkarlamaq üçün uşaqların göz müayinəsindən keçmələri vacibdir” - Aynurə Əliyeva

16:53 - 21 / 06 / 2021
“Çəpgözlüyü vaxtında aşkarlamaq üçün uşaqların göz müayinəsindən keçmələri vacibdir” - Aynurə Əliyeva

Göz insanın həssas orqanlarından biridir. Həssas olduğu qədər də vacib olan bu orqanda təzahür edən müxtəlif növ xəstəliklərdən çoxları əziyyət çəkir. Bu xəstəliklərdən biri də çəpgözlük, yəni gözlərin paralelliyinin itməsidir.

Bu xəstəliyə daha çox azyaşlılarda rast gəlinir. Əksər vaxtlarda mütəxəssislər çəpgözlüyün müalicəsində erkən diaqnozun çox vacib olduğunu qeyd edirlər. İnsanlar ya eynək, ya da əməliyyat vasitəsi ilə bu xəstəlikdən qurtulmağa çalışırlar.

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti rubrikasında” “Uşaqlarda çəplik” mövzusunda ətraflı məlumat verib.

Çəplik polietioloji göz xəstəliyi olaraq bir gözün obyektə baxılan fiksasiya nöqtəsindən yayınması halıdır. Çəpliyi yaradan səbəblərə görmə zəifliyi, ametropiya (miopiya, hipermetropiya, astiqmatizm), iki göz refraksiyasındakı fərq, göz almasını hərəkət etdirən əzələlərin tonusundakı fərq, binokulyar görmənin pozulmasına səbəb olan anadangəlmə xəstəlik və qüsurları aid etmək olar.

Çəplik təkcə kosmetik defekt deyil, həmçinin, monokulyar və binokulyar görmənin, 3D-stereoskopik görmənin, dərin görmənin pozulması, görmənin ikiləşmə ilə müşahidə olunur ki, belə vəziyyət insanın professional imkanlarını məhdudlaşdırır. Hər gözün ayrılıqda gördüyü fiksasiya olunmuş obyektin beyində vahid şəkildə birləşdirilib qəbul olunması binokulyar görmədir.

Müştərək, paralitik, latent-gizli, həqiqi, yalançı, anadangəlmə, akkamodativ, hissəvi akkamodativ və qeyri – akkomadativ çəpgözlük növləri ayırd edilir.Yalançı çəpgözlük körpələrdə rast gəlinən gözün fiksasiyadan yayınması halıdır. Yalançı çəpgözlük, göz qapaqlarının və burun kökünün genişliyi ilə yaranan çaşdırıcı bir görünüşdür.

Gizli çəpgözlük zamanı göz alması əzələlərinin funksiyasının ideal bərabərliyi olmur, lakin binokulyar görmə hesabına gözlərin simmetrik əziyyəti təmin olunur. Bir gözü bağlamaqla beləe vəziyyəti aşkar etmək olar, pasiyentə göz önündə hər hansı bir byektə baxmaq təklif olunur və bir göz əl ilə örtülür, əl ilə bağlanmış göz açılan kimi hər hansı tərəfdən fiksasiya hərəkəti edirsə gizli çəplik vardır deməkdir. Adətən müalicə tələb olunmur.

Fiksasiya etməyən gözün pozisiyasına görə daxili, xarici, yuxarı, aşağı və ya torsion çəpliklər ortaya çıxa bilər. Müştərək çəplik zamanı hər iki göz növbəli çəpləşir, paralitik çəplik isə göz almasının hərəkət etdirən əzələləri innervasiya edən sinirin iflici zamanı ortaya çıxır.

Akkamodativ, hissəvi akkamodativ və qeyri –akkomadativ çəplik növləri gözdəki görmə zəifliyi,eynək nömrələrinə bağlı olaraq dəyərləndirilməklə ayırd edilir. Bu zaman çəplik eynək korreksiyası ilə idarə olunur. Anadangəlmə çəpgözlük əksər hallarda eynəyin taxılmasını tələb etmir, körpə erkən mərhələdə 6 aylıqdan 1 yaşadək əməliyyat olunmalıdır.

Çəpgözlük bir çox hallarda təxminən 2-3 yaşda olan uşaqlarda ortaya çıxır və eynək vasitəsi ilə, kompleks müalicə sistemilə tam sağalır. Növündən asılı olaraq gözü bağlama ilə, eynək, yaxud linzalarla, apparatlarla, inyeksiya və cərrahi metodla müalicə olunur. Daha çox körpəlik və uşaqlıqda rast gəlinən patalogiya olduğuna görə şikayəti olmayan uşaqlar 1,3,5 yaşlarında belə halları aşkarlamaq və vaxtında müalicə edilməsi üçün göz müayinəsindən keçmələri vacibdir.

1news.az

Paylaş:
952

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər