Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməlidir - Türkiyə XİN | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməlidir - Türkiyə XİN

09:14 - 21 / 06 / 2021
Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməlidir - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu seçkilərdən sonra qurulan Ermənistanın yeni hökumətinin bu ölkənin keçmişdə yol verdiyi səhvlərdən dərs alacağına ümidvar olduğunu bildirib.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə Antaliyada Diplomatik Forumun başa çatması münasibətilə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan bölgədə sabitliyi təmin etmək üçün addımlar atmalıdır:

"Ümid edirik ki, Ermənistan bölgədəki sabitliyi və sülhü təmin etməyin yeganə yolunun regional ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək olduğunu başa düşəcəkdir. Ermənistan qonşularına ərazi iddialarını dayandırmalı və onlarla yaxşı münasibət qurmağa başlamalıdır".

M.Çavuşoğlu qeyd edib ki, ikitərəfli münasibətlərin qurulmasının bir çox regional layihələrin həyata keçirilməsi üçün bir imkan yaradacaq.

Nazir vurğulayıb ki, bu, ilk növbədə Ermənistanın öz xeyrinədir:

"Ermənistan uzun illərdir səhv siyasət yürüdüb və beləliklə özünü təcrid edib. Cənubi Qafqaz ölkələrindən inkişafda geri qaldı, ancaq günah yalnız özündədir. Yerevan düşmən münasibətindən əl çəkməli və bölgə ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmaq üçün nə edilə biləcəyini düşünməlidir".

1news.az

Paylaş:
314

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər