İlham Əliyev və Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev və Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - FOTO

14:40 - 24 / 06 / 2021
İlham Əliyev və Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - FOTO

Bakıdakı əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Gülüstan” sarayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub.

Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında “Əsrin müqaviləsi”nin imzalanması və digər tarixi hadisələri qeyd etmək olar. Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial infrastrukturun inkişafı və müasirləşdirilməsi, regionların və paytaxtımızın daha da abadlaşması, eyni zamanda, Bakının tarixi görkəminin saxlanılması, tarixi binaların bərpası ilə bağlı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə “Gülüstan” sarayının yenidən qurulması da bu istiqamətdə görülən işlər sırasında mühüm yer tutur.

“Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı da müasir səviyyədə yenidən qurulub. Beləliklə saray yeni görkəmdə, yeni üslubda, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.

Paytaxtın dağlıq hissəsində yerləşən “Gülüstan” sarayı Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biridir. “Gülüstan” sarayının yenidən qurulması heç şübhəsiz ki, postpandemiya dövründə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin keçirilməsi işinə öz töhfəsini verəcək.

Paylaş:
556

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər