ICESCO-nun Baş direktoru: AZƏRTAC-la media tərəfdaşlığımız Azərbaycan ilə əlaqələrimizin inkişafına yeni təkan olacaq | 1news.az | Xəbərlər
Siyasət

ICESCO-nun Baş direktoru: AZƏRTAC-la media tərəfdaşlığımız Azərbaycan ilə əlaqələrimizin inkişafına yeni təkan olacaq

S.Xankişiyeva14:26 - 26 / 06 / 2021
ICESCO-nun Baş direktoru: AZƏRTAC-la media tərəfdaşlığımız Azərbaycan ilə əlaqələrimizin inkişafına yeni təkan olacaq

AZƏRTAC-la media tərəfdaşlığımız İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişafı üçün yeni təkan olacaq.

Bu sözlər ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi təşkilatla AZƏRTAC arasında Əməkdaşlıq Memorandumunun imzalanması ilə əlaqədar agentliyə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir: “ICESCO Azərbaycanla bütün səviyyələrdə yüksək əlaqələrindən şərəf duyur. Cənab Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycana səfər etmiş ICESCO-nun nümayəndə heyətini qəbul etməsi, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatımızın xoşməramlı səfiri olması əlaqələrimizin nə qədər dərin olduğunu bir daha sübut edir”.

Qeyd olunur ki, ICESCO ixtisaslaşdığı sahələrdə müvafiq nazirliklərdən və Azərbaycan Milli Komissiyasından tutmuş universitetlərə, tədqiqat mərkəzlərinə və AZƏRTAC-a qədər - Azərbaycanın bütün təsisatları ilə səmərəli və konstruktiv əməkdaşlıqda maraqlıdır.

“AZƏRTAC-la imzaladığımız memorandumun media sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycandan və ICESCO-ya üzv dövlətlərdən olan jurnalistlərin və media işçilərinin təlimi, eləcə də peşə bacarıqlarının formalaşdırılması üçün geniş perspektivlər yaratmasını arzulayırıq”, - deyə məktubda vurğulanır.

Salim bin Məhəmməd əl-Malik ICESCO-nun keçirdiyi tədbirləri və forumları geniş işıqlandırdığına, eləcə də informasiya təminatında göstərdiyi dəqiqlik və yüksək peşəkarlığa görə AZƏRTAC-ın kollektivinə təşəkkürünü ifadə edib, birgə əməkdaşlıq proqramlarının icrasına başlamağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, iyunun 18-də ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd birgə layihələrin və proqramların hazırlanıb reallaşdırılmasında, ICESCO-ya üzv ölkələrin KİV nümayəndələri üçün təcrübə mübadiləsinin və təlim kurslarının, media üzrə beynəlxalq konfransların, forumların və ixtisaslaşdırılmış seminarların təşkilində, informasiyaların, foto və video xəbərlərin hazırlanması və yayımında əməkdaşlığı nəzərdə tutur.

Paylaş:
274

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər