Azərbaycanın dövlət bayrağı Kiyevin səmasında dalğalanıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın dövlət bayrağı Kiyevin səmasında dalğalanıb – FOTO

S.Xankişiyeva17:28 - 26 / 06 / 2021
Azərbaycanın dövlət bayrağı Kiyevin səmasında dalğalanıb – FOTO

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü ilə əlaqədar Kiyevdə aksiya keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, aksiya zamanı Azərbaycanın üçrəngli Dövlət Bayrağı Kiyevin səmasına qaldırılaraq Ukrayna paytaxtının əsas mərkəzi yerlərində ucaldılıb. Xüsusi dronlar vasitəsilə dövlət bayrağımız Kiyevin mərkəzi yerlərində bir neçə saat dalğalanıb.

Aksiya ukraynalılaın marağına səbəb olub və ukraynalılar bayrağın görüntülərini sosial şəbəkələrdə bölüşüb.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər