“Anadolu Qartalı - 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Anadolu Qartalı - 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib – FOTO – VİDEO

S.Xankişiyeva16:15 - 29 / 06 / 2021
“Anadolu Qartalı - 2021” təlimində hava döyüşləri üzrə tapşırıqlar icra edilib – FOTO – VİDEO

Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər