Erməni terrorçu: Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm | 1news.az | Xəbərlər
Siyasət

Erməni terrorçu: Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm

S.Xankişiyeva17:35 - 01 / 07 / 2021
Erməni terrorçu: Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmişəm

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Dilanyan dindirilib.

O bildirib ki, 2020-ci ilin noyabr ayının 27-də hərbi komissarlığa cəlb edilib, daha sonra Laçın rayonuna gətirilib: “Bir müddət dağda postda qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə aşağı endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq və onlara təslim olduq".

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, onlara yaxınlaşan Azərbaycan hərbi qulluqçularına silahlı müqavimət göstərmək olub.

Prokurorun suallarını cavablandıran A.Dilanyan deyib ki, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində olub: "Oktyabr ayının 3-dən 15-nə qədər Cəbrayıl ərazisində döyüşlərə cəlb olundum. Ayın 15-də oradan qaçdım”.

Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində söyləyib ki, Cəbrayıl rayonunda 200-ə yaxın erməni hərbçiləri ilə birlikdə Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Paylaş:
297

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər