Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq | 1news.az | Xəbərlər
Siyasət

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

S.Xankişiyeva09:17 - 06 / 07 / 2021
Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

"Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq".

Paylaş:
345

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər