XİN: Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır

S.Xankişiyeva09:51 - 06 / 07 / 2021
XİN: Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır

Azərbaycan beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, Azərbaycan tərəfi və BMTQAK arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib:

"Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMTQAK missiyasını qəbul etməyə hazırdır".

Paylaş:
643

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər