İtaliyalı senatorlar: Ermənistan mina xəritələrinin hamısını təqdim etməlidir | 1news.az | Xəbərlər
Siyasət

İtaliyalı senatorlar: Ermənistan mina xəritələrinin hamısını təqdim etməlidir

S.Xankişiyeva16:56 - 07 / 07 / 2021
İtaliyalı senatorlar: Ermənistan mina xəritələrinin hamısını təqdim etməlidir

İtaliya Senatında “İrəli İtaliya” Partiyası siyasi qrupunun sədr müavini senator Maria Rizzotti və təşkilatın üzvü senator Urania Papatheu Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilən razılaşmalarla bağlı İtaliya mətbuatına açıqlamalar veriblər.

1news.az-ın verdiyi xəbərə görə, senator Maria Rizzotti İtaliyanın “Agenparl” xəbər agentliyinə açıqlamasında Rusiyanın təşəbbüsü ilə Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsini xoş xəbər adlandırıb.

O, Azərbaycan tərəfinin humanist addım olaraq 15 nəfər ermənini Ermənistana qaytardığını qeyd edib: “Bu, tərəflər arasında oxşar məzmunlu artıq ikinci razılaşmadır, ilk razılaşma cari ilin 12 iyun tarixində Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsi müqabilində, Azərbaycan tərəfi saxlanılan 15 nəfər ermənini Ermənistana təhvil vermişdir. Ağdam, Fizuli və Zəngilan Ermənistanın işğalından azad olunmuş rayonlardan yalnız bir hissəsidir, bu səbəbdən də bütün işğaldan azad edilmiş ərazilər üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Ermənistan tərəfindən təqdim edilməsi vacibdir”.

İtalyalı parlamentar bildirib ki, 30 illik münaqişə zamanı minlərlə azərbaycanlı Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlamasının qurbanları olublar. “Keçən ilin noyabr ayından bəri minaların partlamasından 150 nəfərə yaxın azərbaycanlı həyatını itirib və yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır. Mina xəritələrinin təhvil verilməsi on minlərlə günahsız insanın həyatını xilas edəcək və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürətləndirilməsinə, habelə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə şərait yaradacaqdır ki, bunun üçün isə ilkin şərt iki ölkə arasında suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsinin imzalanmasıdır”, deyə senator Rizzotti fikirlərini tamamlayıb.

Senator Urania Papatheu isə İtaliyanın ANSA, Agenparl, Askanews və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında Ermənistanla Azərbaycanın mina xəritələri ilə bağlı əldə etdiyi razılığa görə məmnunluğunu ifadə edib.

"Ermənistanın Ağdam rayonunda yerləşdirilmiş 97.000 tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanın saxlanılan 15 nəfər erməni əsilli şəxsi təhvil verdiyi anlaşmaya görə məmnunam. Azərbaycan və Ermənistan arasında sülh prosesinə şərait yaradan bu xəbər çox sevindiricidir. Müharibələrdə həmişə ən çox əziyyət çəkən mülki şəxslərdir. BMT Baş katib Antonio Guterresin qeyd etdiyi kimi, mülki əhalinin yaşadığı ərazilərdə partlayıcı silahların istifadəsi humanitar səviyyədə yüksək fəlakətə səbəb olur”, deyə senator bildirib.

Senator əlavə edib ki, 1990-cı illər münaqişənin başlanğıcından indiyədək Azərbaycanda minlərlə şəxs mina partlayışlarının qurbanı olub, ötən ilin noyabrından bəri isə əksəriyyəti mülki şəxslər olmaqla təxminən 150 ölüm və xəsarət halları baş verib ki, bunlar da çox faciəvi rəqəmlərdir.

Paylaş:
488

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər