Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb - FOTO

S.Xankişiyeva13:29 - 08 / 07 / 2021
Aİ komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşüb - FOTO

Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Aİ komissarı Twitter-də bildirib.

"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə xüsusilə əlaqələnməni vurğulayaraq, İqtisadi və İnvestisiya Planının reallaşdırılması ətrafında vacib fikir mübadiləsi apardıq. Həmçinin COVID-19-un yaratdığı çətinliklərə cavab verilməsi barədə danışdıq", - deyə Aİ komissarı qeyd edib.

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər