ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

09:43 - 09 / 07 / 2021
ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından daha 4 nəfərin cəsədi çıxarılıb, bununla da hadisə nəticəsində ölənlərin sayı 64-ə çatıb.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“Daha dörd nəfərin cəsədini tapdıq. 64 nəfərin ölümü təsdiqləndi”, - Kava belə deyib.

Onun sözlərinə görə, 76 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər