İğdır sakinləri Araz sahilində Ermənistana qarşı aksiya keçirib | 1news.az | Xəbərlər
Siyasət

İğdır sakinləri Araz sahilində Ermənistana qarşı aksiya keçirib

S.Xankişiyeva12:02 - 09 / 07 / 2021
İğdır sakinləri Araz sahilində Ermənistana qarşı aksiya keçirib

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə İğdır vilayətinin Ağaver kəndinin ərazisindən keçən Araz çayının sahilində Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, aksiya zamanı Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran bir qrup dərnək üzvü və yerli sakinlər səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının Oxçuçaya qarşı törətdiyi ekoloji terrora sərt etirazlarını bildiriblər. Oxçuçayın Araz çayına töküldüyünü xatırladan aksiya iştirakçıları qeyd ediblər ki, İğdır vilayətinin ekoloji durumu da təhlükə altındadır. Çünki Oxçuçayın zərərli tullantılarla çirkləndirilməsi Araz şayının da çirkləndirilməsi deməkdir. Araz çayı isə İğdır düzünün qan damarıdır.

Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən və Almaniyanın "Cronimet" şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb ediblər.

Tədbir dərnək sədri Ziya Zakir Acarın aksiya iştirakçılarının adından bəyanatı səsləndirməsi ilə yekunlaşıb. Bəyanatda Oxçuçayın məhv edilməsinə görə Ermənistan hökuməti ilə Almaniyanın "Cronimet” şirkətinin beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıdıqları, yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyi nəzərə çatdırılıb. Beynəlxalq təşkilatlara Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırış ifadə edilib.

Paylaş:
316

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər