Dünya birjalarında neftin bu günə olan qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin bu günə olan qiyməti

13:00 - 12 / 07 / 2021
Dünya birjalarında neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar geriləyərək 75,36 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 74,39 dollar təşkil edib.

1news.az

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər