“Məşğulluq haqqında” qanuna dəyişiklik təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

“Məşğulluq haqqında” qanuna dəyişiklik təsdiqləndi

S.Xankişiyeva17:45 - 13 / 07 / 2021
“Məşğulluq haqqında” qanuna dəyişiklik təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsini təsdiqləyib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dəyişikliyə qədər yerli özünüidarətmə orqanları ailə kəndi təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməyə borclu idi.

Yeni dəyişikliyə əsasən, yerli özünüidarətmə orqanının üzərindən bu öhdəlik götürülüb.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər