Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü güllələyib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü güllələyib

S.Xankişiyeva10:37 - 13 / 07 / 2021
Azərbaycan Ordusunun zabiti tabel silahı ilə özünü güllələyib

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş:
360

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər