XİN Almaniya və Belçikaya başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

XİN Almaniya və Belçikaya başsağlığı verib

S.Xankişiyeva13:00 - 16 / 07 / 2021
XİN Almaniya və Belçikaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Twitter hesabında bildirilib.

“Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə qeyd olunub.

O da bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında həm Almaniya, həm də Belçikanın yanındadır.

Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.

Paylaş:
291

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər