Prezident İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib

S.Xankişiyeva17:15 - 17 / 07 / 2021
Prezident İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkədə baş verən daşqın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər