Azərbaycan Prezidenti Belçikalıların Kralına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Belçikalıların Kralına başsağlığı verib

S.Xankişiyeva17:19 - 17 / 07 / 2021
Azərbaycan Prezidenti Belçikalıların Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə başsağlığı məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir:

"Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər