Azərbaycanın göndərdiyi 40 min doza vaksin Qırğızıstana çatıb - FOTO
Azərbaycandan Qırğızıstana humanitar yardım məqsədilə 40 min doza AstraZeneca peyvəndi aparan təyyarə Manas Beynəlxalq Hava Limanına enib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, yükü Qırğızıstanın xarici işlər nazirinin müavini Azizbek madmarov və Japarkul Taşıyev Səhiyyə və Sosial İnkişaf Nazirliyinin dövlət katibi Japarkul Taşıyev qarşılayıb.
Qırğızıstan tərəfi bugünkü ağır epidemioloji şəraitdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin təzahürü olan humanitar yardım və dəstəyə göstərə Azərbaycana təşəkkür edib.
Xatırladaq ki, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin 1-3 iyul 2021-ci il tarixdə Azərbaycana rəsmi səfəri zamanı humanitar yardımın göstərilməsi barədə razılıq əldə olunmuşdu.
Qeyd edək ki, bu, Azərbaycan tərəfinin Qırğızıstana göndərdiyi ilk humanitar yardım deyil. Ötən ilin aprel ayında da 64 ton tibbi və antiseptik maddə göndərilmişdi.