Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin iclasında Ermənistanın mina terroruna diqqət yönəldib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin iclasında Ermənistanın mina terroruna diqqət yönəldib – FOTO – VİDEO

S.Xankişiyeva11:30 - 17 / 07 / 2021
Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin iclasında Ermənistanın mina terroruna diqqət yönəldib – FOTO – VİDEO

Millət vəkili Könül Nurullayeva 13-17 iyul tarixlərində Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin altıncı plenar iclasında iştirak edib.

Deputat çıxışı zamanı ilk növbədə Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq qələbədən söhbət açıb. Eyni zamanda, Könül Nurullayeva müharibənin başa çatmasından keçən 8 ay ərzində işğal zamanı viran edilmiş Qarabağ zonasında kompleks yenidənqurma layihələrinə start verildiyini bildirib. Millət vəkili xüsusilə "Zəfər yolu" layihəsi, yaşıl enerji texnologiyasının tətbiq olunacağı və ekoloji cəhətdən səmərəli olan "Ağıllı kənd" layihəsi, eləcə də strateji əhəmiyyət daşıyan ərazilərdə yeni hava limanlarının və su elektrik stansiyalarının tikintisi üzrə davam edən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Deputat həmçinin Ermənistanın postmünaqişə dövründə həyata keçirdiyi cinayətlərə də diqqət çəkib. Bildirib ki, 120-dən çox Azərbaycan vətəndaşı, o cümlədən iki azərbaycanlı jurnalist ermənilərin işğal zamanı yerləşdirdiyi tank və piyada əleyhinə minaların partlaması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentinin mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmasına göstərəcəyi dəstəyin bölgədə sülhün inkişafına töhfə verəcəyini bildirib. Çıxışının sonunda Milli Məclisin deputatı üzv ölkələri Beynəlxalq Parlamentin əsas fəaliyyət sahəsi olan sülhün təbliğinə dəstək olmağa və bu sahədə ölkələrarası əməkdaşlığı ən yüksək səviyyəyə çıxarmağa çağırıb.

Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən xarici işlər nazirləri, parlament üzvləri və sədrlərinin iştirak etdiyi tədbir Monteneqro Parlamentinin prezidenti Aleksa Becic, Monteneqro Xarici İşlər naziri Dorde Radulovic, Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin prezidenti Ahmed Alcarvan, qurumun Baş Məclisinin prezidenti Haqqer İsmail İbrahim Abouqbal, Kolimbiya Parlamentinin üzvü və Beynəlxalq Parlamentin spikeri Marqarita Restrepo, Qvatemala Konqresinin prezidenti Allan Eestardo Rodriquez və Parlamentlərarası Birliyin prezidenti Duarte Paçekonun çıxışları ilə davam edib. Tədbir zamanı həmçinin 7 ölkənin Sülh və Tolerantlıq üzrə Beynəlxalq Şuraya üzvlüyü ilə əlaqədar anlaşma memorandumu imzalanıb. Sonda isə təşkilatın rəhbərliyi tərəfindən tədbir iştirakçıları üçün xüsusi ziyafət təşkil olunub.

Paylaş:
1272

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər