FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

14:56 - 19 / 07 / 2021
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar FHN əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur. Təhlükə zamanı 112-yə zəng edin.

1news.az

Paylaş:
249

Son xəbərlər

Prezident İlham Əliyev: “Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirsin”Bu gün, 16:50Son sutkada 630 nəfərə COVİD-19 əleyhinə vaksin vurulubBu gün, 16:49Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı - STATİSTİKABu gün, 16:42“OBA” marketlər şəbəkəsində Vətən müharibəsi şəhidləri anılıbBu gün, 16:26İlham Əliyevdən İrana sual: “Niyə 30 illik əsarət və işğala son qoyandan sonra edilir?”Bu gün, 16:17İlham Əliyev və Mehriban Əliyeva Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:07Aqro-Vest DC-də Anım Günü qeyd olunub - FOTOBu gün, 16:03Fəzail Ağamalı: “Azərbaycan Ordusu “Böyük Ermənistan” mifini yerlə yeksan etdi”Bu gün, 15:57Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub ünvanlayıbBu gün, 15:52Prezident və Birinci xanımın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib - FOTO - YENİLƏNİBBu gün, 15:50İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimlərdir?Bu gün, 15:33“Ordumuz döyüş hazırlığına görə MDB məkanında öndədir” – Deputat tarix yazanlardan danışdıBu gün, 15:09“Bir il əvvəl zəfər yolunda qardaşlarımızla birgə çiyin-çiyinə idik” - Hüseyn AltınalanBu gün, 15:02Özünü jurnalist kimi təqdim edib sahibkardan pul tələb edən şəxs saxlanıldı - VİDEOBu gün, 14:45Şuşada şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - FOTOBu gün, 14:403 övladı Vətənə yadigar qalan şəhidin anası: “İşini və ailəsini qoyaraq döyüşə yollandı”Bu gün, 14:37Qarabağın artıq müharibə ilə deyil, sülh və inkişaf ilə anılmasını istəyirik - Mövlud ÇavuşoğluBu gün, 14:16Azad edilmiş ərazilərdə bərpa işlərinə ən böyük maneə minalardır - Ceyhun BayramovBu gün, 14:03Sabaha olan hava proqnozu açıqlanıbBu gün, 13:55Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblərBu gün, 13:52
Bütün xəbərlər

Next TV