Fransa Milli Assambleyasının üzvləri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fransa Milli Assambleyasının üzvləri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO

S.Xankişiyeva12:18 - 23 / 07 / 2021
Fransa Milli Assambleyasının üzvləri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, fransalı deputatlar Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı raket hücumlarına məruz qalmış ərazilərdəki dağıntıları öz gözləri ilə görüblər.

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, fransalı deputatlar gördükləri mənzərənin təsəvvür etdiklərindən daha ağır olduğunu qeyd ediblər.

Milli Məclisin deputatı nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfərinin nəzərdə tutulduğunu bildirib: “Əminəm ki, Ağdam və Füzuli rayonlarına səfər fransalı həmkarlarımız üçün bir çox məsələlərə aydınlıq gətirmək baxımından çox vacibdir. Nümayəndə heyətinə daxil olan deputatlar əsasən Azərbaycanın haqlı mövqeyini müdafiə edən insanlardır. Bu səfər vəziyyəti yerində görmək və daha dolğun təsəvvür əldə etmək baxımından çox vacibdir”.

Soltan Məmmədov bu cür səfərlərin təşkilinin münasibətlərdə etimadın bərpası üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, iki ölkənin bir çox sahələrdə üst-üstə düşən maraqları var və keçmişə deyil, gələcəyə baxmaq, əlaqələri daha da gücləndirmək hər iki tərəf üçün vacibdir.

Paylaş:
380

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər