Şuşaya dəmir yolu xətti çəkiləcək | 1news.az | Xəbərlər
Siyasət

Şuşaya dəmir yolu xətti çəkiləcək

S.Xankişiyeva12:40 - 23 / 07 / 2021
Şuşaya dəmir yolu xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir.

“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər