Boksçumuz Tokio Olimpiadasına qələbə ilə başlayıb | 1news.az | Xəbərlər
İdman

Boksçumuz Tokio Olimpiadasına qələbə ilə başlayıb

S.Xankişiyeva16:16 - 24 / 07 / 2021
Boksçumuz Tokio Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Abdullayev turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. Boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.

Daha əvvəl boksçularımız Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nquyenə, Lorenso Sotomoyor (69 kq) isə gürcüstanlı Eskerxan Madievə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıblar.

Paylaş:
651

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər