Azərbaycanın Belçika Krallığında yeni səfiri təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Belçika Krallığında yeni səfiri təyin edildi

13:47 - 26 / 07 / 2021
Azərbaycanın Belçika Krallığında yeni səfiri təyin edildi

Prezident İlham Əliyev V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər