Oklahoma ştatının qubernatoru və ailəsi Bakının ən görməli yerlərini gəziblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Oklahoma ştatının qubernatoru və ailəsi Bakının ən görməli yerlərini gəziblər - FOTO

S.Xankişiyeva17:47 - 29 / 07 / 2021
Oklahoma ştatının qubernatoru və ailəsi Bakının ən görməli yerlərini gəziblər - FOTO

Oklahoma ştatının qubernatoru Kevin Stitt və ailəsi bu həftə Bakının ən görməli yerlərini gəziblər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, onlar Heydər Əliyev Mərkəzini gəzdikdən sonra İçərişəhərdə Qız qalasını və Şirvanşahlar Sarayını ziyarət ediblər.

Qubernator Stitt Bakıda gəzməkdən zövq aldığını, Oklahoma ştatının əhalisinə Bakının nə qədər gözəl yer olduğunu söyləmək üçün səbirsizliklə gözlədiyini və gələcəkdə daha çox Oklahoma turistinin küləklər şəhəri istiqamətində səyahət edəcəyinə inandığını söyləyib.

Paylaş:
749

Son xəbərlər

Bütün xəbərlər