Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb - FOTO

S.Xankişiyeva10:19 - 30 / 07 / 2021
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb - FOTO

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb.

1news.az-ın verdiyi xəbərə görə, kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ön sözü ilə başlayır.

“Zəfər Salnaməsi” kitabının əsas ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir yumruqda birləşdiyini görürük.

Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir.

Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab üç hissəyə bölünüb.

“Ərəfə” adlanan birinci hissə 2016-cı il aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir. Bu müddət ərzində Azərbaycanın şanlı Qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.

“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm də informasiya məkanında Azərbaycanı Qələbəyə aparan mübarizə əks olunur. Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində Qələbəyə aparan yol təsvir olunur.

Sonuncu, “Qayıdış” adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında Qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.

“Zəfər Salnaməsi” xronika formatında olduğu üçün Böyük qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.

Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika üç dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib edilib.

Burada “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub.

Kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və “IRS Publishing House”un birgə səyləri ilə hazırlanıb, “IRS Publishing House” tərəfindən nəşr edilib, PAŞA Həyat Sığorta ASC nəşrə yaxından dəstək göstərib.

Paylaş:
647

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər