"Jirinovski kimilər Azərbaycan cəmiyyətinin birliyini və həmrəyliyini həzm edə bilmir" - Sevinc Fətəliyeva | 1news.az | Xəbərlər
Siyasət

"Jirinovski kimilər Azərbaycan cəmiyyətinin birliyini və həmrəyliyini həzm edə bilmir" - Sevinc Fətəliyeva

11:57 - 03 / 08 / 2021
"Jirinovski kimilər Azərbaycan cəmiyyətinin birliyini və həmrəyliyini həzm edə bilmir" - Sevinc Fətəliyeva

“Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Xüsusilə, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir. Lakin Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmağa çalışan siyasi dairələr var”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iki ölkənin yüksək səviyyədə olan münasibətləri fonunda Rusiyada bəzi dairələr bu münasibətlərə xələl gətirməyə çalışır. Belə dairələr əvvəllər də olub və bu gün də mövcuddur. Onların sırasında Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasınn üzvü Vladimir Jirinovski xüsusilə fəqlənir. Özünü siyasətçi hesab edən bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi ilə seçilib. O, Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində ölkəmizə qarşı haqsız fikir və ittihamları ilə bu mövqeyini bir daha nümayiş etdirib.

“Əslində, Jirinovski kimdir? O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Yəni, Rusiya cəmiyyətində onu belə tanıyırlar. Həmçinin Azərbaycan ictimaiyyəti də Jirinovskini çox yaxşı tanıyır. O, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya “siyasətçisidir”. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdə olmalıdır”-deyən, millət vəkilinin sözlərinə görə, görünən odur ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistanı qısa müddətdə məğlub etməsi, öz torpaqlarını azad etməsi Jirinovskini çox məyus edib və o, ermənilərin məğlubiyyəti ilə barışa bilmir. Əgər belə olmasaydı, Rusiya Dövlət Dumasının üzvü Azərbaycan dövlətinə, xalqına və rəhbərliyinə qarşı bu cür aqressiv münasibət sərgiləməzdi.

S.Fətəliyevanın fikrincə, həmişə olduğu kimi bu dəfə də V.Jirinovskinin ölkəmiz haqqında dediklərinin heç bir əsası yoxdur: “Onun iddialarının əksinə olaraq, ölkəmizdə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu isə birlik və tükənməz güc rəmzi kimi Vətən müharibəsində möhtəşəm qələbəmizi təmin etdi. İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfər həmçinin xalq-iqtidar, milli-siyasi həmrəyliyimizin ifadəsidir. Görünür, Jirinovski kimilər Azərbaycan cəmiyyətinin dünyanı heyran edən birliyini və həmrəyliyini həzm edə bilmir. Amma onların mövqeyindən asılı olmayaraq,

müstəqil Azərbaycan bundan sonra da özünün müəyyən etdiyi uğurlu yolla daim inkişaf edəcək və Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq miqyasda qüdrətli dövlət kimi öz sözünü deyəcək”.

1news.az

Paylaş:
682

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər