Prezident İlham Əliyev yenidən qurulan “Abşeron” yarımstansiyasının açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yenidən qurulan “Abşeron” yarımstansiyasının açılışında iştirak edib - FOTO

14:05 - 09 / 08 / 2021
Prezident İlham Əliyev yenidən qurulan “Abşeron” yarımstansiyasının açılışında iştirak edib - FOTO

Avqustun 9-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətli inkişaf edib. Məhz həmin illərdə Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası inşa edilib, Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının tikilməsinə başlanılıb.

“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, bu yarımstansiya bütövlükdə Bakı və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət nəticəsində sosial məsələlərinin həlli, o cümlədən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihələr həyata keçirilib. Bu layihələrin hazırda dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda da uğurla icra olunması Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, ölkəmizdə sosial infrastrukturun daha da müasirləşdirilməsi üçün atılan addımların ardıcıl olduğunu göstərir. “Abşeron” yarımstansiyasının müasir səviyyədə yenidən qurulması da Azərbaycanda enerjisistemin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi baxımından böyük rol oynayır.

Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarətdir mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, işçi heyəti üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olunub.

Qeyd edək ki, "Abşeron" enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.

Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. İdarəetmənin təkmilləşdirilməsi, yarımstansiyanın işinə real zaman rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda dispetçer idarəetmə otağında mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.

Prezident İlham Əliyev “Abşeron” yarımstansiyasını işə saldı.

Yarımstansiya Azərbaycanın 4 ən böyük istilik elektrik yarımstansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” Elektrik Stansiyaları, həmçinin Mingəçevir Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.

Qarşıda duran layihələrdən biri də Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisidir. Bununla əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.

1news.az

Paylaş:
442

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər