Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb

S.Xankişiyeva15:31 - 14 / 08 / 2021
Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

1news.az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

Paylaş:
651

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər