Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub | 1news.az | Xəbərlər
Siyasət

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub

13:25 - 09 / 09 / 2021
Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.

General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

1news.az

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər