“Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” - Millət vəkili Vyana səfərindən danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” - Millət vəkili Vyana səfərindən danışdı

09:52 - 09 / 09 / 2021
“Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” - Millət vəkili Vyana səfərindən danışdı

Ötən gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Avstriyanın paytaxtı Vyanada keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla, Avstriyada Milli Məclisin sədri, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə və digər rəsmi şəxslərlə görüşü barədə məlumat vermişdik.

Ümumilikdə sədr bütün görüşlərdə bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə, ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə həmkarına ətraflı məlumat verib. Həmçinin, Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədən təxribatları barədə də həmkarlarını məlumatlandırıb.

Bu görüşlərin ölkəmiz üçün vacib əhəmiyətindən danışan millət vəkili Elman Nəsirov 1news.az-a açıqlamasında bildirdi ki, Sahibə Qafarovanın Vayanada işgüzar səfəri çərçivəsində 44 günlük Vətən müharibəsinə diqqəti cəlb etməsi alqışalayiqdir:

“Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin öz tarixi missiyasını yerinə yetirməsini, ərazi bütövlüyümüzün bərpa edilməsini və bu prosesdə Azərbaycan qadınlarının arxa cəbhdəki iştirakını bütün dünya bilməlidir və bilir də”.

Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla da görüşməsindən danışan millət vəkili vurğuladı ki, Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatıb:

“Müasir dünyamızda dövlətlər arasında formalaşan etimasızlıq mühitinin fonunda, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün örnəkdir. Bu münasibətlər sınaqadan çıxmış münasibətlərdir”.

Elman Nəsirov bildirdi ki, xanım sədrin həmkarı ilə görüşdə “Şuşa bəyannaməsinə imza atmaqla, Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib” ifadəsi əslində bu iki ölkənin qardaşlıq münasibətinin yüksək səviyyədə olduğundan xəbər verir.

Xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsində Türkiyənin ali rəhbərliyindən tutmuş sıravi vətəndaşına qədər hamı Azərbaycanın yanında oldu:

“Elə Türkiyədəki son meşə yanğınları da, Azərbaycan - Türkiyə qardaşlığının sınağı oldu. Bu sınaqdan da dostluğumuz, qardaşlığımız şərəflə çıxdı. Parlamentlərarası münasibətlərimiz də dinamik inkişaf tempinə malikdir. Ümumilikdə deyə bilərəm ki, görüş çərçivəsində vacib qanunvericilk məsələləri müzakirə predmeti oldu”.

Aytən Sakitqızı

Paylaş:
622

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər