Vüqar Rəhimzadəyə YAP-da vəzifə verildi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadəyə YAP-da vəzifə verildi

16:43 - 10 / 09 / 2021
Vüqar Rəhimzadəyə YAP-da vəzifə verildi

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.

V.Rəhimzadədən əvvəl bu vəzifədə YAP-dan kənarlaşdırılan Hüseynbala Mirələmov olub.

Qeyd edək ki, İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin edilib.

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər