Xarici diplomların ölkəmizdə tanınması üçün hansı şərtlər var? - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici diplomların ölkəmizdə tanınması üçün hansı şərtlər var? - ARAŞDIRMA

16:54 - 20 / 09 / 2021
Xarici diplomların ölkəmizdə tanınması üçün hansı şərtlər var? - ARAŞDIRMA

Son illərdə xaricdə təhsilə maraq və tələbat günü-gündən artmaqdadır.

1news.az xəbər verir ki, bu maraq özü ilə bərarbər təəssüf ki, tələbələrə xoş olmayan bir təəssürat - problem yaradır. Hansı ki, xaricdə universitetə sevinclə qəbul olub bitirdikdən sonra ölkəyə qayıtdıqda gənclər bir problemə məruz qalır: diplomun tanınmaması!

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov 1news.az-a açıqlamasında bildirib ki, bu il xarici diplomların 24 faizi tanınmayıb:

“Bu ilin 8 ayında 1900 müraciət olub. Müraciətlərin 76 faizinə müsbət, 24 faizinə mənfi cavab verilib. Müraciətlərin orta baxılma müddəti 19 gün olub".

Xarici diplomların tanınması qaydalarına dəyişikliklərlə bağlı layihənin hökumətə təqdim edildiyini bildirən sədr əlavə edib ki, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək:

"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir, bizdə isə 340 kredit. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Bu halda həmin şəxsə kreditini tamamlamaq üçün Azərbaycan standartlarına uyğunlaşdıra bilmək şəraiti yaradılacaq. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən deputat Vüqar İsgəndərov bildirdi ki, xaricdə tələbə adını qazanan vətəndaşların bəzilərinin diplomunun ölkəmizdə tanınmamasının səbəblərindən biri də həmin şəxslərin heç bir araşdırma etmədən qeyri-ciddi ali təhsil ocaqlarına qəbul olmasıdır:

“Diplomları ölkəmizdə tanınmayan bəzi vətəndaşlar müraciət edərək, problemlə üzləşdiklərini deyirlər. Araşdırdıqdan sonra məlum olur ki, həmin şəxslərin bir çoxu xaricdə qəbul olunduğu ali təhsil ocağı ilə bağlı heç bir araşdırma aparmayıb. Xaricdə təhsil almaq arzusunda olan hər bir vətəndaş bilməlidir ki, daxil olmaq istədiyi universitetin statusu, diplomlarının tanınıb-tanınmaması ilə bağlı mütləq şəkildə məlumat əldə etməli, daha sonra ixtisas seçimini reallaşdırmalıdır.

Xaricdə təhsil alıb Vətənə dönən tələbələr heç bir problem yaşamadan qeyd edilən sənədləri hazırlayıb müvafiq təşkilatlara və Təhsil Nazirliyinə təqdim edirlər. Sonrakı mərhələdə onların diplomlarının tanınması prosesi həyata keçirilir. Ümumiyyətlə, deyim ki, bu gün ölkəmizdə ixtiaslı, savadl kadrlara ehtiyac var. İndi artıq rəqabət böyükdür. Çünki istər ölkəmizdə, istərsə də xaricdə ali təhsil müəssisələrini bitirən diplomlu gənclər var. Düşünürəm ki, ali məktəb ali təhsil verir, ali savad vermir. Mütləqdir ki, həmin gənclər bir neçə xarici dil öyrənməli, təlimlərdə iştirak etməlidirlər. Bunları bilən gəncin işlə təmin olunmasında heç bir problem yaşanmayacaq. İşə götürən şəxs də hiss etməlidir ki, onların işə qəbul etmək istədiyi həmin şəxs deyilən kriteriyalara uyğundur”.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür:

“Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.

Xaricdə əldə olunmuş ali təhsil ixtisasların tanınması ölkəmizin də tərəfdaş çıxdığı Lissabon Konvensiyasının prinsipləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”nın müddəaları əsasında həyata keçirilir.

Dİplomların tanınması ilə bağlı MDB dövlətləri ilə Azərbaycan Respublikası arasında müvafiq sazişlər imzalanıb. Bu ölkələrə misal olaraq Rusiya Federasiyasını, Belarus Respublikasını və Ukraynanı göstərmək olar. Lakin sözügedən saziş ali təhsil sənədlərinin qarşılıqlı tanınması zamanı tərəfləri hər iki ölkənin qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Eyni zamanda, hazırkı sazişlərin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları diplomatik kanallar və məsləhətləşmələr vasitəsilə həll edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”nın 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, qaydaların 3.7-ci bəndinə uyğun olaraq, əldə olunmuş ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün hesab edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:

1. Əgər tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici passportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi?! Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar.

2. Təhsilin məzmunu məniməmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir.

3. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa bu halda diplom tanınmır. Buna görədə tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir".

Kamran Əsədov “Diplomların tanınması prosesində nələrə diqqət edilməlidir?” sualını belə cavablandırdı:

“1. Diplomunuzun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

2. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin.

3. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız.

4. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunuzu tanımayacaq”.

Aytən Sakitqızı

Paylaş:
1418

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər