Dənizdə qayalıq ərazidə köməksiz qalan balıqçılar xilas ediliblər
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.
63












