İlham Əliyev Avropa İttifaqının Cənub Qaz Dəhlizinin icrası istiqamətində rolunu yüksək qiymətləndirib | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Avropa İttifaqının Cənub Qaz Dəhlizinin icrası istiqamətində rolunu yüksək qiymətləndirib

S.Xankişiyeva15:31 - 06 / 10 / 2021
İlham Əliyev Avropa İttifaqının Cənub Qaz Dəhlizinin icrası istiqamətində rolunu yüksək qiymətləndirib

On il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbərinin etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan qazının artıq Avropa bazarında olduğunu qeyd edən Prezident deyib: “Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər