Ombudsman ermənilərin Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman ermənilərin Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb

S.Xankişiyeva11:38 - 15 / 10 / 2021
Ombudsman ermənilərin Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir:

"Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulmuş, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilmişdir. Həmin müharibə dövründə Azərbaycanın Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq ən çox atəşə məruz qalan bölgə olmuşdur.

Ötən il 15 oktyabr tarixində isə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ciddi xəsarət almışdır.

Həmin vaxt bu cinayət aktı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə açıq müraciət ünvanlayaraq, bu vandalizm və barbarlıq hadisəsi barədə ətraflı məlumat vermişdik. Müraciətdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini növbəti dəfə kobud şəkildə pozması faktı ilə əlaqədar beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsi ilə bağlı çağırış edilmişdi.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri də həmin hadisədən hiddətlənərək, bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmiş və bununla əlaqədar aidiyyəti üzrə beynəlxalq qurumlara müraciət etmişlər.

Lakin təəssüflər olsun ki, təqdim olunmuş təkzibolunmaz sübutlara baxmayaraq, Ermənistan tərəfindən hərbi əməliyyatlar zamanı törədilmiş digər çoxsaylı müharibə cinayətləri kimi bu əmələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.

Ermənistanın insanların mənəvi dəyərlərinə toxunmaqla dini inanc yerlərini və qəbiristanlıqları intensiv şəkildə atəşə tutması, qəbirlərə qarşı vandalizm aktları törətməsi monoetnik dövlət olaraq digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut etmişdir. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bu kimi daha çox hallar üzə çıxmış, azərbaycanlıların qəbirlərinin dağıdılması, təhqir edilməsi, qazılması, talan olunmasına dair sübutlar aşkarlanmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdə dəfn mərasiminə toplaşmış mülki şəxslərin ağır artilleriya atəşinə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq təşkilatlara, dini liderlərə və bütövlükdə dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın mülki əhalisi arasında tələfata, maddi-mənəvi və dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror və digər vandalizm aktları törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görməyə çağırıram".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.

Paylaş:
538

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər